Rəqqasə seksual qarın rəqsinə görə SAXLANILDI – FOTObackend

Rəqqasə seksual qarın rəqsinə görə SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirli qadın həddən artıq “seksual” qarın rəqsinə görə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Misir mediası yazıb.

30 yaşlı rəqqasə Sohila Tarek Hassan Haqqaq Qahirə hava limanında saxlanılıb. Səbəb qızın sosial şəbəkədə yayımladığı rəqsin görüntüləri olub.

Hakimiyyət Haqqaqın açıq-saçıq rəqsinin ictimai əxlaqı təhqir etdiyini hesab edib. İndi modeli ən azı bir neçə həftə dəmir barmaqlıqlar gözləyir.

İddialara görə, rəqqasə qəsdən “pisliyi qızışdırmaq” məqsədi ilə nalayiq geyimdə ictimaiyyət qarşısına çıxıb. Qız “aldatma üsullarından və təxribatçı rəqslərdən” istifadə edib.

Haqqaq saxlanılan zaman onun üzərindən külli miqdarda pul tapılıb ki, müstəntiqlər bu pulu “əxlaqsız fəaliyyətdən” əldə edilən gəlir hesab ediblər.

Xuraman Etibarlı

İnterpress.az