İcra başçısından mühüm TAPŞIRIQ – Vəziyyət araşdırıldı – FOTObackend

İcra başçısından mühüm TAPŞIRIQ – Vəziyyət araşdırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunun Köçəsgər kəndində əhalini maraqlandıran cari məsələlərlə bağlı görülən işlərin icra vəziyyəti araşdırılıb.

İnterpress.az xəbər verir ki, Köçəsgər kəndində növbəti dəfə mövcud şəraitlə tanışlıq olub, əhalini maraqlandıran məsələlərə dair sakinlərin təklif və müraciətləri qəbul olunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatların rəhbərləri iştirak ediblər. İcra başçısının kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin son olaraq kənddə görülən işlərə dair qısa hesabatı dinlənilib.

Bildirilib ki, hazırda şəhidlərin xatirəsinə salınan xiyabanın və bulaq-abidə kompleksinin inşası işləri davam etdirilir, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün bütün suvarma arxalrı təmizlənib, ana kanalın üstündə yeni su nasosu və yanında bir ədəd elektrik transformatoru quraşdırılıb, mənbəyini drenaj üsülu ilə Həsənsu çayından götürən əsas içməli su xəttinin yararsız hissələri ümumilikdə 1200 metr uzunluğunda və 280 mm diametrində politilen borularla əvəzlənib, kənd qəbirstanlığına yeni içməli su xətti çəkilib və əhalinin istifadəsi üçün bulaq tikilib.

O cümlədən kənddaxili yolların xırlanması istiqamətində icra olunan tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müzakirələr aparılıb, qeydiyyata alınaraq aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

İnterpress.az