Həddindən artıq çəki və təbiətdə sağ qalmaq bacarığı insanı dənizdə aclıqdan xilas edə bilib.
İnterpress.az Rusiya mediasına istinadla xəbər verir ki, rusiyalı 46 yaşlı Mixail Piçuqin iki aydan çox açıq dənizdə drift edərək sağ qalıb.
46 yaşlı Mixail Ulan-Udedə yaşayırdı və Saxalində rotasiya əsasında işləyirdi. Mixail, qardaşı və 15 yaşlı qardaşı oğlu ilə səfərə hazırlaşdılar. Bir qayıq aldılar, onu yemək və su ilə doldurdular və yataq çantalarını götürdülər. kişilər təcrübəli balıqçılar və ovçular olub.
Birlikdə avqustun 9-da Perovski burnundan Saxalin vilayətinin Oxa şəhərinə doğru istiqamət alıblar. Lakin güclü fırtına bütün planları alt-üst etdi. Saxalin körfəzinin o tayında onların qayığı yola düşdüyü kursu və yerlə əlaqəni itirdi.
Tam iki ay açıq dənizdə qaldılarr. Sergeyin qardaşı və qardaşı oğlu İlya susuzluqdan və aclıqdan ölüb.
Oxot dənizində 67 günlük driftdən sağ qalan yeganə şəxs Piçuqin bu gün təsadüfən təyinat yerindən 1000 kilometr aralıda tapılıb.
Bundan əvvəl 100 kiloqram olan Mixail iki dəfə arıqlayıb – 50 kiloqrama qədər.
Çətinliklə sağ qalan Mixail indi xəstəxanadadır.
Faktla bağlı cinayət işi başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az