2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni informatika təmayüllü 10-cu siniflərin açılması nəzərdə tutulur.
İnterpress.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin siniflərdə keçirilən dərslərin əsas məqsədi şagirdlərin intensiv metodikalarla İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək.
Qeyd olunur ki, dərslərdə şagirdlərə “Python” üzrə alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələrin öyrədilməsi nəzərdə tutulub.