İnternetdə hakimiyyəti təhqir edənlər həbs olunacaqlar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, ruslar internetdə hakimiyyəti təhqir etdikləri üçün həbsxanaya göndərilməyə başlayacaqlar.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, kobud qayda pozuntusu 2 ilədək müddətə azadlıqdan məhrum etmə və 1 milyon rubla qədər (təxm. 18 362 man) cərimə və ya 480 saata qədər islah işləri ilə cəzalandırılır.
Hökumət qanunvericiliyə edilən dəyişiklikləri dəstəkləyib.
Xuraman Etibarlı
İnterpress.az