İordaniyada krallığın milli təhlükəsizliyinə qarşı sui-qəsddə şübhəli bilinən 16 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, müəyyən edilmiş hücrənin hərəkətləri “milli təhlükəsizliyi pozmaq, ölkədə xaos və təxribat törətmək” məqsədi daşıyıb.
Departament qeyd edib ki, saxlanılan şəxslər yerli və qeyri-qanuni idxal olunan komponentlərdən istifadə etməklə raket istehsalı ilə məşğul olub, partlayıcı maddələr və odlu silahlar saxlayıb, İordaniyada “əməliyyatçılar” cəlb edib və onlara təlim keçiblər.
Bundan əlavə, buraxılışa hazır raketlər və pilotsuz uçan aparat fabrikinin planları aşkar edilib.
Eyni zamanda, “Reuters” Haşimilər Krallığının təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən bütün şübhəlilərin HƏMAS-la əlaqəli olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az