İran Livandakı səfirin gözünü itirməsi ilə bağlı xəbəri TƏKZİB ETDİbackend

İran Livandakı səfirin gözünü itirməsi ilə bağlı xəbəri TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rəsmiləri Livandakı səfirinin bir gözünü itirməsi ilə bağlı xəbəri təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin X sosial şəbəkəsindəki səhifəsində deyilir.

Buildirilir ki, İran rəsmiləri New York Times-ın Livandakı səfirinin peycer partlaması nəticəsində bir gözünü itirməsi ilə bağlı xəbərini təkzib edib.

“Biz soydaşlarımıza və media nümayəndələrinə bildiririk ki, səfir Amaninin müalicəsi prosesi yaxşı gedir. Cənab Amaninin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılan şayiələr yalandır”, – diplomatik nümayəndəliyin məlumatında bildirilib.

Xuraman Etibarlı

İnterpress.az