İran Telegram-ın blokdan çıxarılması məsələsini MÜZAKİRƏ EDİRbackend

İran Telegram-ın blokdan çıxarılması məsələsini MÜZAKİRƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda “Telegram”ın bloklanması aradan qaldırıla bilər.

İnterpress.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Parlament sədri dinc dövrdə sosial şəbəkələrin bağlı qalmasını səhv adlandırıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, hakimiyyət orqanları ölkədə “Telegram”ın blokdan çıxarılması imkanlarını araşdırır və hazırda bu mövzuda müzakirələr gedir.

Spiker sakit vaxtlarda sosial şəbəkələrin bloklanmasını yanlış addım hesab etdiyini vurğulayıb.

“Böhranlar, müharibə, hadisələr zamanı bloklama və hətta internetin müəyyən dərəcədə kəsilməsi təbiidir və bu, bütün dünyada belədir. Lakin sosial şəbəkələrin İranda hazırkı formada (daimi) bloklanmasını səhv sayıram”, – Qalibaf izah edib.

Qeyd edək ki, “Telegram” İranda 2018-ci ilin aprelində məhkəmə qərarı ilə bloklanıb. Buna səbəb kimi vətəndaşların şikayətlərini və mesencerin İran qanunvericiliyinə əməl etməməsi göstərilmişdi.

Qadağaya baxmayaraq, tətbiq İranda həm VPN istifadə edən yerli əhali, həm də dövlət qurumları arasında populyarlığını qoruyub saxlayır.

Xuraman Etibarlı

İnterpress.az