İranda mədəniyyət və incəsənət xadimləri ölkədə başladılan etiraz aksiyalarına qoşulub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, aksiyalara qoşularaq hökumət əleyhinə etiraz edən mədəniyyət və incəsənət adamları həbs olunur.
İranın məşhur iki aktrisası Henqame Qazinai və Ketayun Riahi və digərləri artıq saxlanılıb. Onlar haqqında heç bir məlumat yoxdur.
Onların susdurulması üçün həbslərə başladıldığı bildirilir.
Artıq ölkənin kinorejissorları həbs olunan aktrisaların dərhal azadlığa buraxılmasını tələb ediblər.
Sahilə Məlik qızı
İnterpress.az