İrandan Azərbaycana 17 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıbbackend

İrandan Azərbaycana 17 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram 670 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə “interpress.az”a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd edilib ki, sentyabr ayının 8-də saat 10:55-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 970 qram narkotik vasitənin (430 qram tiryək, 540 qram heroin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Sentyabr ayının 9-da saat 15:35-də “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 700 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.