İranın qərəzli mövqeyi: “Türklər sionistlərlə bir tutulur”backend

İranın qərəzli mövqeyi: “Türklər sionistlərlə bir tutulur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mətndə 4 dəfə “sionistlər” ifadəsi keçir. Azərbaycan İsraildə səfirlik açdığı dönəmdə, bu, bizə qarşı açıq təhdiddir”.

Bu sözləri İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin yeni məqaləsinə münasibət bildirən siyasi şərhçi Turab Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən məqalə Azərbaycan və azərbaycanlılara qarşı təhrif və böhtanlarla, tarixi saxtakarlıqlarla doludur:

“Mətnə diqqət yetirdikdə Azərbaycan Respublikasına və xalqına qarşı iddialar, Azərbaycan mirasına iddialar hər sətirdə mövcuddur. Bütün problemlərdə sionistlər (İsrail) və türklər (Türkiyə) səbəb göstərilir. Mətnin əsas çağırışı isə ənənəvi olaraq deyilən, “İranı azərbaycanlılar idarə edir, siz digərlərinə (kürd, bəli, ərəb, sünni) qoşulmayın, öz dövlətinizi qoruyun” mesajıdır. Məqalədə “İran Azərbaycan ilə eyni irqi, dili, dini, adət-ənənəsi və tarixi bölüşür” cümləsi fonunda açıq şəkildə Azərbaycan xalqı fars (və ya İran) xalqı kimi təqdim edilir. Mətndə 4 dəfə “sionistlər” ifadəsi keçir. Azərbaycan İsraildə səfirlik açdığı dönəmdə, bu, bizə qarşı açıq təhdiddir. Mətndə 2 dəfə Türkiyə hədəf göstərilir. Türkiyənin Daily Sabah nəşri İranda azərbaycanlıları Azərbaycan dövləti adından üsyana çağırışda ittiham edilir. Türklər sionistlərlə bir tutulur”.