İranın vitse-prezidenti Aref Pakistan və Ermənistana səfər edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə İran prezidenti Pezeşkian X hesabında yazıb. O bildirib ki, vitse-prezident Məhəmməd Reza Aref yaxın günlərdə Pakistan və Ermənistana səfər edəcək.
“Biz Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə kimi bütün dünya ilə siyasi və iqtisadi diplomatiyaya çalışırıq”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az