İranın xarici işlər naziri Araqçi gözlənilmədən Livana səfər edib.
İnterpress.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Bekai məlumat verib.
Onun sözlərinə görə, İran nümayəndə heyətinin olduğu təyyarə bu dəqiqələrdə Beyrut hava limanına enib.
Bekai əlavə edib ki, İran Livana qida və dərman da daxil olmaqla 10 ton humanitar yardım da bağışlayıb.
Xuraman Etibarlı
İnterpress.az