İraqda Suriya ssenarisinin təkrarlana biləcəyi ilə bağlı XƏBƏRDARLIQ EDİLDİbackend

İraqda Suriya ssenarisinin təkrarlana biləcəyi ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq İranın təsiri ilə Suriya ssenarisinin ölkədə təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə İraqın “Əl Mada” qəzeti yazıb.

Qəzet yazır ki, bu ölkə İrandan uzaqlaşmasa və təcili islahatlar həyata keçirməsə, Suriya ssenarisinin İraqda təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.

İraqdakı siyasi qüvvələr İranın ölkənin daxili işlərinə təsirini davam etdirməsinin silahlı qruplaşmaların artmasına və vəziyyətin sabitliyinin pozulmasına səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.

Qəzet baş nazir əl-Sudani hökumətinə təzyiq göstərərək, İranyönlü qruplara nəzarət tələb edir. Bu kontekstdə münaqişənin Suriyadan İraqa yayılmasının qarşısını almaq üçün baş nazirin HTS lideri əl-Culani ilə mümkün təması barədə də məlumatlar səsləndirilib.

İraqın seçim qarşısında qalmasına xüsusi diqqət yetirilir: ya iranpərəst qruplar tərəfindən idarə olunmağa davam edir, ya da son vaxtlar Suriya və Livanda uğur qazanan İsrailin hədəfinə çevrilir.

Xuraman Etibarlı

İnterpress.az