İrəvanda Sedrak Koçaryanın həbsi ilə bağlı məhkəmə BAŞLADIbackend

İrəvanda Sedrak Koçaryanın həbsi ilə bağlı məhkəmə BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda Robert Koçaryanın oğlu Sedrakın həbsi ilə bağlı məhkəmə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İrəvandakı məhkəmədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryanın həbs edilməsi ilə bağlı vəsatətə baxılmasına başlanılıb.

Məhkəmənin qarşısında siyasətçinin kiçik oğlu, parlament deputatı Levon Koçaryan, “Ermənistan” fraksiyasının digər nümayəndələri və keçmiş prezidentin tərəfdarları toplaşıblar.

Levon Koçaryan jurnalistlərə açıqlamasında cinayət işinin tamamilə saxtalaşdırıldığını və işin Baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə başladıldığını iddia edib.

Deputat hakimiyyətin Avropa İttifaqı ilə yaxınlaşma kursu elan etməsinə baxmayaraq, ölkə daxilində repressiv mexanizmlərdən fəal istifadə etdiyini bildirib.

Onun sözlərinə görə, baş nazir vəzifəsini tutan şəxs siyasi rəqiblərinin həbs edilməsi ilə bağlı məhkəmə hakimiyyətinə göstəriş verir.

Levon Koçaryan Avropadakı tərəfdaşların Ermənistanda baş verənləri izləyib-izləmədiklərini və bu hadisələrə münasibətlərinin necə olduğunu bilmədiyini də qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az