Ermənistanda fransız kolleci qapılarını bağlayıb və tələbələrin tətilə qoşulmasına icazə vermir.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Keşiş Baqrat Qalstanyanın qapı-qapı gəzib universitet, kollec tələbələrini etiraz aksiyalarına cəlb etməsi uğursuzluqla nəticələnir.
Universitetlərin əksəriyyəti bu aksiyalara qoşulmaqdan imtina edib.
Fransız kolleci qapıları bağlayıb və tələbələrin tətilə qoşulmasına icazə verməyib.
Məlumata görə, onlar tətildə iştirak etmək üçün valideyn icazəsi tələb edirlər.
Xuraman Etibarlı
İnterpress.az