İrəvanın mərkəzində atəş açan biznesmen oğlu SAXLANILDIbackend

İrəvanın mərkəzində atəş açan biznesmen oğlu SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın mərkəzində zavod sahibinin oğlu atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, İrəvanda zavodlardan birinin sahibinin oğlu atəş açıb.

Polisə dekabrın 11-də atışma barədə siqnal daxil olub. Hadisə yerindən 11 mərmi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb.

Polis tez bir zamanda atəş açan şəxsin kimliyini öyrənib və onu polisə gətirib. O, erməni biznesmenin  bu yaxınlarda həbsdən çıxan 46 yaşlı oğludur.

Atışma nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Xuraman Etibarlı

İnterpress.az