İspaniyada tonlarla kimyəvi silah ƏLƏ KEÇİRİLDİ – FOTObackend

İspaniyada tonlarla kimyəvi silah ƏLƏ KEÇİRİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada tonlarla kimyəvi silah ələ keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Barselona limanında hüquq-mühafizə orqanlarının əməkdaşları silah istehsalı üçün nəzərdə tutulmuş 13 ton kimyəvi maddənin keçirilməsinin qarşısını alıblar.

Onları Rusiyaya göndərməyə hazırlaşırdılar. Müsadirə edilən maddələr arasında kimyəvi və sinir silahlarının yaradılması üçün mümkün prekursorlar da var.

Dörd nəfər artıq sanksiyalardan yayınmaq üçün bir şirkətdən istifadə edərək tədarük zənciri təşkil etdiyinə görə həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az