İsrail ABŞ vasitəsilə Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar APARIRbackend

İsrail ABŞ vasitəsilə Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar APARIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ABŞ vasitəsilə Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparır.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər nazirinin müavini Haskel HTŞ lideri əl-Culaninin Suriyadan İsrailə təhlükənin olmaması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

Haskel deyib ki, İsrail Suriyanın yeni hakimiyyət orqanları ilə yalnız ABŞ vasitəsilə əlaqə saxlayır.

Onun sözlərinə görə, Suriyanın yeni liderləri dünyanı radikal islamçı olmadıqlarına inandırmağa çalışan “qoyun dərisinə bürünmüş canavarlar”dır, lakin Netanyahu hökuməti onlara inanmır.

“Biz onların hərəkətlərinə baxacağıq və bu, necə cavab verəcəyimizi müəyyən edəcək. Bizi gözəl söhbətlə aldatmaq olmaz”, – Haskel qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az