İsrail Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına hava zərbələri endirib.
İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Arabic xəbər verir. Qeyd olunur ki, zərbələr Suriyanın paytaxtı Seyid Zeynəbin cənub-şərq ətrafına endirilib.
Xatırladaq ki, noyabrın 10-da Suriya mediası İsrailin yuxarıda qeyd olunan əraziyə zərbələr endirdiyini və orada yaşayan Hizbullah yaraqlılarını hədəf aldığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az