İsrail Livanı 30-dan çox şəhərin sakinlərini təcili təxliyə etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avixay Edri bildirib.
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı 30-dan çox şəhərin sakinlərini təcili təxliyə etməyə çağırıb.
O, Livanın cənubunda yerləşən 35 yaşayış məntəqəsinin siyahısını X (keçmiş Twitter) səhifəsində dərc edib.
“Hizbullahın hərəkətləri İsrail SQ-ni ona qarşı qəti addımlar atmağa vadar edir. İsrail ordusu sizə zərər vermək niyyətində deyil, ona görə də təhlükəsizliyiniz üçün təcili olaraq evlərinizi tərk etməli və Əvəli çayından şimala doğru getməlisiniz”.
Xuraman Etibarlı
İnterpress.az