İsrail ordusu Hizbullah infrastrukturuna qarşı məhdud əməliyyatlara başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail ordusunun 146-cı diviziyası Livanın cənub-qərbində Hizbullah infrastrukturuna qarşı məhdud əməliyyatlara başlayıb.
Qeyd olunur ki, bu, “Şimal Oxları” əməliyyatı çərçivəsində Livanın cənubunda yerləşdiriləcək ilk ehtiyat diviziyasıdır.
Xuraman Etibarlı
İnterpress.az