İsrail ordusu Livanda Hizbullaha məxsus külli miqdarda silah AŞKARLADI – FOTObackend

İsrail ordusu Livanda Hizbullaha məxsus külli miqdarda silah AŞKARLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livanda yaşayış binalarında Hizbullah yaraqlılarına məxsus külli miqdarda silah aşkarlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, İsrail ordusu Livanın cənubunda quru əməliyyatı zamanı yaşayış binalarında Hizbullah yaraqlılarına məxsus külli miqdarda silah aşkarlayıb.

Bu silahlara aşağıdakılar daxildir: İsrail ərazisini hədəf alan reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər, odlu silahlar və partlayıcı maddələr.

Xuraman Etibarlı

İnterpress.az