İsrail ordusu Nuseyratda “İslami Cihad” yaraqlılarını məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail ordusu Qəzza zolağının mərkəzindəki Nuseyratda bir avtomobilə hücum edərək “İslami Cihad” yaraqlılarını məhv edib.
Onların arasında təşkilatın əməliyyatçısı, Nuseyratdakı təhlükəsizlik xidmətinin rəhbəri və jurnalist adı altında fəaliyyət göstərən bir neçə döyüş təbliğatçısı da olub.
Xuraman Etibarlı
İnterpress.az