İsrail Trampın gəlişi ərəfəsində Livanda atəşkəs planı hazırlayır.
İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. İsrail Livanda atəşkəs təklifi hazırlayır və bu təklif ABŞ-nin yeni seçilmiş prezidenti Tramp üçün xarici siyasət qələbəsi olmalıdır.
Plan Florida ştatının Mar-a-Laqo şəhərində Trampla İsrailin strateji işlər naziri Dermer arasında keçirilən görüşdə müzakirə edilib.
“İsrailin təklifi Qərb və Rusiya əməkdaşlığını əhatə edən Livanda atəşkəsdir”, – mənbələr bildiriblər.
Danışıqlar nəticə verməsə, Livanda quru əməliyyatlarını gücləndirmək üçün də planlar hazırlanır.
Razılaşmanın bir hissəsi olaraq Hizbullah yaraqlıları Livanın cənubunda axan Litani çayı boyunca geri çəkilməli olacaq.
İsrail rəsmisinin sözlərinə görə, Livan hərbçiləri ABŞ və İngiltərənin nəzarəti altında ilkin 60 günlük müddətə sərhəd bölgəsinə nəzarət edəcək.
Xuraman Etibarlı
İnterpress.az