Son saatlarda bir çox İsrail vətəndaşı İran qurumları ilə əməkdaşlığa cəlb etmək üçün ingilis dilində mesajlar alıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Mesajlar İsrail nömrəsindən göndərilib, yüksək vəzifəli şəxslər də hədəf alınıb.
Məlumata görə, son saatlarda bir çox İsrail vətəndaşının telefonuna ingilis dilində şübhəli mesajlar daxil olub. Həmin mesajlarda vətəndaşları İran strukturları ilə əməkdaşlığa cəlb etmək cəhdləri yer alıb.
Diqqətçəkən məqam odur ki, bu mesajlar İsrailə məxsus mobil nömrədən göndərilib. Bildirilir ki, mesajı alanlar arasında ölkənin yüksək vəzifəli şəxsləri də var.

Xuraman Etibarlı
İnterpress.az






