İsraildə əsgərin boğazını kəsmək istəyən gənc ÖLDÜRÜLDÜ – FOTO/VİDEObackend

İsraildə əsgərin boğazını kəsmək istəyən gənc ÖLDÜRÜLDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə fələstinli gənc hərbçilərin boğazını kəsmək istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Yoxlama zamanı əsgərə bıçaqla hücum edən 18 yaşlı fələstili gənc açılan atəşlə öldürülüb.

Hadisə İsraildə qeydə alınıb. 18 yaşlı fələstinli Məhəmməd yoxlama prosedurundan keçərkən qəfil bıçaq çıxararaq İsrail ordusunun (ÇAXAL) hərbçisinə hücum edib. O, əsgərin boğazını kəsməyə cəhd göstərib.

Hərbçilər hücum edən şəxsi dərhal itələməyə macal tapıblar və ona atəş açıblar. Nəticədə hücumçu məhv edilib.

Hadisə anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az