İsveçrədə REFERENDUM – Xalq varlılardan əlavə vergi tutulmasını İSTƏMƏDİbackend

İsveçrədə REFERENDUM – Xalq varlılardan əlavə vergi tutulmasını İSTƏMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrəlilər varlıların vergisinə və məcburi xidmətə qarşı çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Keçirilən referendumda hər iki islahat təklifi seçicilərin mütləq əksəriyyəti tərəfindən rədd edilib.

İsveçrə vətəndaşları ümumxalq referendumunda iki böyük islahat təklifini böyük səs fərqi ilə geri çeviriblər.

Seçicilərin 84,2 faizi məcburi ictimai xidmətə, 78,3 faizi isə ifrat dərəcədə varlı olanlar üçün miras vergisi təşəbbüsünə “yox” deyib.

Birinci təşəbbüs ölkədə fundamental dəyişiklikləri – bütün vətəndaşlar üçün orduda, mülki müdafiə xidmətlərində, məktəblərdə, səhiyyə və ya sosial sahədə məcburi xidmətin tətbiqini nəzərdə tuturdu. Lakin isveçrəlilər bunu qəbul etməyiblər.

Bir çoxları bunu əmək bazarına həddindən artıq yük kimi qiymətləndirib. Hazırda xidmət yalnız kişilər üçün məcburidir, qadınlar isə könüllü iştirak edə bilərlər.

İkinci təşəbbüs sosialistlərin gənclər qanadından gəlib və kifayət qədər radikal olub. Təklifə əsasən, 50 milyon frankdan (təxminən 54 milyon avro) çox olan miras 50 faiz dərəcəsi ilə vergiyə cəlb edilməli idi. Əldə olunan vəsaitin “iqlim dəyişikliyi ilə sosial ədalətli mübarizəyə və bütün iqtisadiyyatın zəruri yenidən qurulmasına” yönəldilməsi təklif edilirdi.

Lakin siyasətçilərin və biznes nümayəndələrinin böyük bir qrupu buna qarşı çıxıb. Onlar ehtiyat ediblər ki, bu qanun qəbul olunarsa, varlılar kütləvi şəkildə xaricə gedəcək və nəticədə dövlət daha çox deyil, əksinə, daha az vergi əldə edəcək.

Xuraman Etibarlı

İnterpress.az