ISW: Rusiya 2022-ci il ssenarisini NATO-ya qarşı təkrarlaya bilərbackend

ISW: Rusiya 2022-ci il ssenarisini NATO-ya qarşı təkrarlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 2022-ci il ssenarisini NATO-ya qarşı təkrarlaya bilər, ISW

İnterpress.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

ISW analitikləri Rusiyanın NATO ölkələrinə qarşı 2022-ci ildə Ukraynaya müdaxilədən əvvəl tətbiq etdiyi ssenariyə bənzər addım ata biləcəyini istisna etmirlər.

Analitiklər hesab edirlər ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərinin formatı diqqət çəkir.

Onun C-17 hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya getməsi və ABŞ kortejində hərəkət etməsi Vaşinqtonun təcili hesab etdiyi mümkün təhlükə barədə məlumat əldə etdiyinə işarə edə bilər.

Bununla belə, ABŞ kəşfiyyatı Rusiyanın Baltikyanı ölkələrə Ukraynaya 2022-ci ildə genişmiqyaslı müdaxilədən əvvəlki hərbi yığılmaya bənzər böyük hücuma hazırlaşdığına dair əlamətlər görmür.

ISW qeyd edir ki, Moskva bunun əvəzinə sərhədlərə böyük qoşun qruplaşması toplamadan məhdud zərbə və ya kiçikmiqyaslı quru müdaxiləsi ssenarisini seçə bilər.

Analitiklər xatırladırlar ki, MKİ direktorunun Moskvaya son səfəri 2021-ci ilin noyabrında baş tutub.

Həmin vaxt Uilyam Börns Kremlə Ukraynaya mümkün genişmiqyaslı müdaxilənin nəticələri barədə xəbərdarlıq etmişdi.

Xuraman Etibarlı

İnterpress.az