İtaliyada turist gəmisi batıb: 4 nəfər ölübbackend

İtaliyada turist gəmisi batıb: 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın şimalındakı Maggiore gölündə turistləri daşıyan qayıq batıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İtaliya yanğınsöndürmə idarəsi 4 nəfərin cəsədinin tapıldığını, 3 nəfərin itkin düşdüyünü, 19 nəfərin isə xilas edildiyini açıqlayıb.

Hadisə İtaliyanın Milan şəhərinin şimalındakı Maggiore gölündə baş verib.

Turistlərin ad günü şənliyi üçün icarəyə götürdüyü 16 metr uzunluğundakı qayıq güclü yağış və tufan nəticəsində batıb. İtaliya yanğınsöndürmə briqadası Vigili del Fuoco 4 nəfərin cəsədinin tapıldığını, 19 nəfərin xilas edildiyini, itkin düşən 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Güclü yağışlar nəticəsində ölkənin şimalında daşqınlar baş verib. Sel fəlakətində 14 nəfər həyatını itirib, on minlərlə insan isə evlərini tərk edib.