Jirinovskinin qəbul edə bilmədiyi Azərbaycan-Rusiya mütəffiqliyi: Onun hədə-qorxuları sadəcə acizlikdirbackend

Jirinovskinin qəbul edə bilmədiyi Azərbaycan-Rusiya mütəffiqliyi: Onun hədə-qorxuları sadəcə acizlikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jirinovskinin bağlı olduğu çevrələr Azərbaycanla sayğısızcasına, hədə dilində danışmaqla regiondakı mövqelərinə zərbə vurmaqdan başqa heç nə əldə etməyəcəklərini anlamalıdırlar”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya əlaqələrini və o cümlədən, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovskinin ölkəmizə qarşı irəli sürdüyü təhdidləri şərh edən millət vəkili Sahib Alıyev deyib.

Deputat vurğulayıb ki, Jirinovskinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə Rusiya adından “istədiyin torpağı sənə verəcəyik, amma bir rus əsgərinə belə çəp baxa bilməzsiniz” xəbərdarlığının olunduğunu deməsi imperiya mərəzindən qurtula bilməyənlərin 44 günlük savaş zamanı hiss etdikləri acizlikdən doğan sarsaqlıqdır:

“Birincisi, Azərbaycanın azad etmək istədiyi və etdiyi öz torpaqlardır. Rusiyanın deyil ki, ondan izin alsın. İkincisi, o torpaqlar əvvəllər niyə verilmirdi görəsən? Rus əsgərinə çəp baxmağa gəldikdə bu, ilk növbədə o əsgərin özünü necə aparacağından asılıdır. Öhdəsinə götürdüyü sülh yaratmaq missiyasını yerinə yetirəcəksə, ona ancaq təşəkkür ediləcək. Əgər yetirməsə, “xoş getdin” deyiləcək və getməsə, beynəlxalq normalara uyğun davranılacaq. Jirinovskinin Baydenin Azərbaycanda çevriliş edə biləcəyi haqda hədəsi isə istər-istəməz ABŞ Prezidentinin bir neçə ay bundan öncə böyük dövlətlərdən birinin başçısına yönəlik dediyi sözləri yada salır. Amma Bayden, yaxud da ABŞ rəsmilərindən hər hansı birinin Azərbaycan Prezidenti haqqında bənzər ifadə işlətdiyini kimsə eşidibmi?! Əslində Azərbaycanda çox çevrilişlər planlaşdırılıb, həm də təkcə Qərbdə deyil. Nəticənin necə olduğunu isə hər kəs bilir. Jirinovski bilmirsə, Rüstəm İbrahimbəyov Moskvadadır, ondan soruşsun. “Əsrin müqaviləsi” imzalananda da, Bakı-Ceyhan marşrutu seçiləndə də, Cənub- Qaz dəhlizi layihəsi ortaya çıxanda da və digər qlobal təşəbbüslər irəli sürüləndə də biz çox hədələr eşitdik və Azərbaycana qarşı çox oyunlar oynanıldı

Ümumilikdə prezident İlham Əliyev iyulun 20-də Rusiyaya səfərindən sonra verdiyi müsahibədə dövlətlərimiz arasında əlaqələrin qarşılıqlı faydaya dayanan strateji xarakterindən bəhs etmişdi. Rusiya Prezidenti haqda danışarkən isə bildirmişdi ki, aralarında “çox möhkəm dostluq əlaqələri var” və “bir-birinə inanan siyasətçilər”dilər. Bu deyilənlər reallığı əks etdirməklə yanaşı, ilk növbədə, Azərbaycanın ən yüksək səviyyədə Rusiya və onun dövlət başçısına yanaşmasını ortaya qoyur”.

Gülşən