Jurnalist Səid Qərib Report Media Məktəbinin qonağı olubbackend

Jurnalist Səid Qərib Report Media Məktəbinin qonağı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Report” İnformasiya Agentliyinin daxili siyasət şöbəsinin redaktoru, jurnalist Səid Qərib Report Media Məktəbinin qonağı olub.

İnterpress.az xəbər, görüş zamanı təlim iştirakçılarına tədbirlərdə xəbərlərin yazılma və hazırlanma qaydasından söz açıb və bildirib ki, tədbirlərə cəlb olunan agentlik əməkdaşının məlumatları operativ, dəqiq və dolğun hazırlaması əsas şərtlərdən biridir.

Onun sözlərinə görə, materialın səhvsiz və operativ hazırlanması jurnalistin peşəkarlığından asılıdır.

S.Qərib görüş zamanı xəbərin onun üçün çox əhəmiyyətli olduğunu söyləyib: “Müxbir yazacağı hər bir xəbərə xüsusi diqqətlə yanaşmalı və yazdığı xəbərdən zövq almağı bacarmalıdır. Mənə elə gəlir ki, jurnalist xəbərlərinə öz balası kimi yanaşmalı, onları əzizləməlidir. Minlərlə baxış sayı olan xəbər, yazı sosial şəbəkələrdə müzakirə mövzusuna çevriləndə isə, bu, xüsusi zövq verir”.

S.Qərib informasiyanın əldə olunması və materialların hazırlanması zamanı jurnalistin xəbər duyumunun vacibliyini vurğulayıb. Onun fikrincə, tədbirlərdə məhz bu duyum vasitəsilə bir çox jurnalistin üzərindən keçdiyi hansısa məlumatı eşitmək və onun xəbər yükünü nəzərə alıb yazmaq mümkündür:

“Bəzən bir neçə çıxışçının iştirakı ilə mətbuat konfransı və ya brifinqlər keçirilir. Belə olduğu təqdirdə çıxışçılar çox, sən isə təksən. Amma buna baxmayaraq, hər natiqin çıxışının xəbər yükü olan hissəsi səlis və operativ formada yazılmalı və redaksiyaya göndərilməlidir. Xəbəri elə yazıb redaksiyaya göndərməlisən ki, kiminsə “dəqiq belə deyib?” kimi əlavə şübhə doğuracaq suallar yaranmasın”.

Qeyd edək ki, Səid Qərib Cəlilabad rayonunda anadan olub. O, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik dövründən bir sıra media qurumunda təcrübə keçib. O, fəaliyyəti dövründə bir neçə mətbuat orqanı ilə əməkdaşlıq edib. 2019-cu ildən isə “Report” İnformasiya Agentliyində çalışır.