Kadırov Çeçenistan səmasında Ukrayna dronunu vuranlara 1 milyon söz verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın müstəqil “Agentstvo” saytı məlumat yayıb. Çeçenistan rəhbəri PUA-nı zərərsizləşdirən şəxslərə həm pul, həm də təşəkkürnamə verəcəyini açıqlayıb.
Məlumata əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırov respublika üzərində Ukrayna dronunu vuran hər kəsə bir milyon rubl vəd edib. O, bunu Çeçenistanın güc strukturlarının rəhbərləri ilə keçirdiyi müşavirədə bəyan edib.
Kadırov çeçen dilində etdiyi çıxışında deyib: “İşi daha da gücləndirmək lazımdır. Üstəlik, PUA-nı vuran hər bir döyüşçüyə təşəkkür məktubu və bir milyon rubl pul mükafatı elan edilir”.
Vurğulanır ki, Kadırov “vurulan PUA-lara görə mükafat ödəyəcəyini” vəd edən Rusiya Federasiyasının ilk region rəhbəri olub.
Xuraman Etibarlı
İnterpress.az






