Kadırov etiraf edib ki, İlon Mask ona “Cybertruck” verməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Kadırov yalan danışdığını etiraf edib.
“Sosial media vasitəsilə onunla zarafat etməyi sevirəm. Maşını mənə verməyib, maşın mənim deyildi – mən bu zarafatla uydurdum və yaydım”, – o deyib.
Xatırladaq ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov İlon Maskın ona “Cybertruck”i Qroznıya göndərdiyini, o da sonra onu Ukraynaya müharibə zonasına göndərəcəyini demişdi.
Xuraman Etibarlı
İnterpress.az