Kadırova sui-qəsd planlarının saxta olduğu ÜZƏ ÇIXDI – VİDEObackend

Kadırova sui-qəsd planlarının saxta olduğu ÜZƏ ÇIXDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırova sui-qəsd planları ilə bağlı şayiələrin saxta olduğu üzə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə iki Dağıstan sakini videomüraciət yazaraq məlumat verib.

Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sui-qəsd cəhdi ilə bağlı şayiələrin təşkilatçısı Rusiya Federasiyasını tərk edən və xarici agent elan edilən Dağıstandan olan keçmiş Dövlət Dumasının deputatı Maqomed Hacıyevdir.

Videoda danışanların sözlərinə görə, Hacıyev bu şayiələri yaydıqlarına görə onlara 2,5 milyon dollar verəcəyini vəd edib, lakin həmin şəxslər pulu heç vaxt almayıblar.

Dağıstanın rəhbəri Melikov vəziyyəti şərh edərkən qeyd edib ki, “Maqomed dağıstanlı deyil, qorxaq və satqındır”.

O, bu böhtanın yayılmasının təkcə ayrı-ayrı şəxslərlə deyil, bütöv xalqları dalaşdıra biləcəyini vurğulayıb.

Xatırladaq ki, oktyabrın 9-da Kadırov onun qətli ilə bağlı sifariş barədə məlumatı olduğunu bildirib və Dağıstandan olan senator Süleyman Kərimovun və Dövlət Dumasının 2 deputatının adını çəkib. Əgər əksini sübut etməsələr, Çeçenistan rəhbəri onlara qarşı qan davası elan edib.

Xuraman Etibarlı

İnterpress.az