Kadırovdan Zelenskiyə SƏRT CAVAB: “Heç olmasa kişi olmağa çalış”backend

Kadırovdan Zelenskiyə SƏRT CAVAB: “Heç olmasa kişi olmağa çalış”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırov Zelenskinin ABŞ-nin onu Maduro kimi həbs etmək çağırışına cavab verib.

İnterpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə ünvanladığı çağırışa reaksiya verib.

Məlumata görə, Kadırov Zelenskinin onun da Venesuela lideri Maduro kimi saxlanılması barədə təklifinə sərt münasibət bildirərək, Ukrayna liderini “təlxək” adlandırıb.

O qeyd edib ki, Zelenski qorxaqcasına kənarda dayanıb “qorxulu Ramzan dayı”sının başqası tərəfindən cəzalandırılmasını izləmək istəyir.

Çeçenistan lideri müraciətində deyib: “Zelya, heç olmasa kişi olmağa çalış. Səndə zərrə qədər kişilik olsaydı, sözlərinin və xahişlərinin nə qədər alçaldıcı səsləndiyini, bunun sülh yolu ilə nizamlanmanı pozmaq cəhdlərini necə təsdiqlədiyini anlayardın”.

Xuraman Etibarlı

İnterpress.az