Kanada Hindistanın daxili işlər nazirini sui-qəsddə ittiham edir.
İnterpress.az xəbər verir ki, bu barədə ilk xəbəri “Washington Post” yayıb.
Kanada hökuməti çərşənbə axşamı bildirib ki, Kanada torpaqlarında sikx separatçılarına qarşı sui-qəsdin arxasında baş nazir Narendra Modinin yaxın müttəfiqi olan Hindistanın daxili işlər naziri Amit Şah dayanır.
Kanada xarici işlər nazirinin müavini Devid Morrison parlament komitəsinə bu məlumatı təsdiqləyib.
“Bir jurnalist mənə zəng edib soruşdu ki, bu adam Şahdırmı? Mən onun olduğunu təsdiqlədim”.
Reuters agentliyinin mənbəsinə görə, Kanada Hindistanı 2023-cü ilin oktyabrında Şahın sui-qəsddəki rolu barədə məlumatlandırıb.
Hindistan tərəfi verilən məlumatı inandırıcı və əsassız hesab edir. Yeni Dehli rəsmiləri iddiaların Şah və ya hökumət üçün problem yaradacağını gözləmir.
Xuraman Etibarlı
İnterpress.az