Nadir təbiət HADİSƏSİ: Əkiz fil balaları DÜNYAYA GƏLDİ – VİDEObackend

Nadir təbiət HADİSƏSİ: Əkiz fil balaları DÜNYAYA GƏLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyanın Aberdare Milli Parkında nadir hadisə baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Aberdare Milli Parkı məlumat yayıb.

Keniyada yerləşən Aberdare Milli Parkında sevindirici hadisə qeydə alınıb. Parkda yaşayan fil əkiz bala dünyaya gətirib.

Mütəxəssislərin bildirdiyinə görə, fillərdə əkiz bala doğulması ehtimalı 1%-dən də aşağıdır.

Bu nadir təbiət hadisəsi park əməkdaşları arasında böyük sevincə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az