İnanılmaz HADİSƏ: Restoranda yemək yeyən alim GÜLLƏLƏNDİbackend

İnanılmaz HADİSƏ: Restoranda yemək yeyən alim GÜLLƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balıkəsirdə restoranda yemək yeyən alim divara dəyib qayıdan güllə ilə vurulub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin Balıkəsir şəhərində ağlasığmaz bir hadisə nəticəsində alim Semih Kaçmaz dünyasını dəyişib.

Məlumata görə, Semih Kaçmaz restoranların birində “dürüm” yediyi zaman yaxınlıqdakı mağazanın divarına dəyən güllə oradan qayıdaraq onun başına dəyib.

Alim aldığı ağır xəsarətdən hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az