Dələduzların “atan öldü” yalanı 22 yaşlı çempionun həyatına SON QOYDU – FOTO/VİDEObackend

Dələduzların “atan öldü” yalanı 22 yaşlı çempionun həyatına SON QOYDU – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı pauerliftinq çempionu Tailandda dələduzların zəngindən sonra qəzaya uğrayaraq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Tailandda yaşayan 22 yaşlı rusiyalı pauerliftinq çempionu Aleksandr faciəli şəkildə dünyasını dəyişib.

Məlumata görə, idmançıya zəng edən naməlum şəxslər onun atasının vəfat etdiyini bildirib və qatılmadığı dəfn mərasimi ilə bağlı onu qınayıblar.

Eşitdiyi xəbərdən sarsılan və emosional vəziyyətdə olan gənc gecə saatlarında motosikletlə Pattayada hərəkət edərkən qəzaya düşüb.

Hadisə yerinə çatdırılan həkimlər idmançıda ağır kəllə-beyin travması, çoxsaylı sınıqlar və daxili orqanların ciddi zədələnməsini aşkar ediblər.

Süni tənəffüs aparatına qoşulan 22 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.

Xuraman Etibarlı

İnterpress.az