“Kərkinin qaytarılması sülh müqaviləsi ilə mümkün olacaq“ – Siyasi şərhçibackend

“Kərkinin qaytarılması sülh müqaviləsi ilə mümkün olacaq“ – Siyasi şərhçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan höküməti ötən gün keçirilən iclasda kənd icmalarının birləşdirilməsi proqramını qəbul edib. Azərbaycanın işğal altındakı Kərki kəndi təsdiqlənmiş ərazi klasterlərindən heç birinə daxil olunmayıb.

Erməni bloqqer Mika Badalyan “Telegram” kanalında Nikol Paşinyanın Kərkini Azərbaycana təhvil verməsi barədə sənəd imzaladığını bildirib.

Məlumat rəsmən təsdiqlənməsə də, çoxlu fərziyyələr doğurub.

Siyasi şərhçi Teymur Qasımlı mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında Kərki və Qazaxın 7 kəndinin Azərbaycana qaytarılmasının sülh danışıqları ilə baş tutacağını qeyd edib:

“Kərki və Qazaxın 7 kəndi 10 noyabr bəyanatından sonra daim gündəmdə olub, Hətta bir müddət öncə məlumat da yayıldı ki, kəndlər Azərbaycan hərbi bölmələrinin nəzarəti altındadır. Lakin düşünürəm ki, Kərki kəndi və Qazaxın 7 kəndinin qaytarılması hazırlanan sülh danışıqları ilə baş tutacaq. Bunun üçün müvafiq sənəd hazırlanacaq və həmin sənəddə bu barədə razılaşma müddəası olacaq”.

Teymur Qasımlı vurğulayıb ki, Nikol Paşinyanın sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirinə tapşırıq verdiyi barədə ilkin məlumatlar var:

“Lakin adı çəkilən kəndlərin və digər mübahisəli ərazilərin Azərbaycana verilməsini indi elan edilməyəcək. Çünki həm Ermənistandakı müxalif, militarist qüvvələr prosesə mənfi təsir görə bilər. Eyni zamanda, iqtidarın içində Paşinyana qarşı qüvvələr baş qaldıra bilər”.

Mehri Qurban

“Kərkinin qaytarılması sülh müqaviləsi ilə mümkün olacaq“ - Siyasi şərhçi