Kim daha güclüdür: Rusiya, yoxsa Ukrayna?backend

Kim daha güclüdür: Rusiya, yoxsa Ukrayna?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

bu barədə xarici hərbi ekspertlər maraqlı araşdırma aparıb.

Rusiya-Ukrayna müharibəsi təhlükəsinin gücləndiyi bu günlərdə iki ölkənin hərbi, iqtisadi və əhali balansı maraq belə bölünüb: Rusiyanın 146 milyon, Ukraynanın isə 43.3 milyon əhalisi var. Hər iki ölkənin əhalisi ölüm nisbətinin doğum nisbətindən qat-qat yüksək olması səbəbindən azalır. Ukrayna əhalisinin azalma sürəti Rusiya əhalisinin azalma sürətindən yüksəkdir.

Rusiyanın nominal ÜDM-i 2021-ci il üçün 1.71 trilyon dollar (dünyada 11-ci yer), Ukraynanın nominal ÜDM-i isə 2021-ci ildə 181 milyard dollar olub (dünyada 57-ci yer).

2020-ci ildə Rusiyanın müdafiə xərcləri 67 milyard dollar olduğu halda, Ukraynanın müdafiə xərcləri 6 milyard dollar səviyyəsində qalıb.

Rusiyanın aktiv 1 milyon 13 min hərbi qulluqçusu olduğu halda, Ukraynanın hərbi qulluqçularının sayı ilin əvvəlində 169 mindən Rusiyanın işğalı təhlükəsi səbəbindən 255 minə yüksəlib və bu artımın davam edəcəyi gözlənilir.

Səfərbərlik vəziyyətində Rusiyada 2 milyon, Ukraynada isə 900 min nəfərin dərhal silahlana bilmək imkanının olduğu təxmin edilir.

Rusiya Ukrayna ilə müqayisədə hərbi texnologiyalarda kifayət qədər irəlidədir. Münasibətləri pis olduğu üçün Rusiyadan silah ala bilməyən və NATO-ya da daxil edilməyən Ukrayna ordusunun silah texnologiyasının geridə qaldığı müşahidə edilir.

Ukraynanın düz coğrafi quruluşu işğalçıların işini asanlaşdırır və ölkə ərazisinin müdafiəsini çətinləşdirir. Bu səbəbdən Ukrayna tarixdə dəfələrlə işğala məruz qalıb. Ukraynanın hərbi cəhətdən qeyri-sabitliyi və coğrafi quruluşuna görə, xarici müdaxilə olmadan iki ölkə arasında bütövlükdə müharibə baş verəcəyi təqdirdə təəssüf ki, Rusiyanın Ukraynanı işğal etməkdə uğur qazanacağı təxmin edilir.   /Yenisabah.az/