Kirkorov Uspenskayanı “dilənçi” adlandırdığına görə  CƏRİMƏ ÖDƏYƏCƏKbackend

Kirkorov Uspenskayanı “dilənçi” adlandırdığına görə CƏRİMƏ ÖDƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirkorov Uspenskayanı “dilənçi” adlandırdığına görə cərimə ödəyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məhkəmə zalından məlumat verib.

Məhkəmə Kirkorovdan Uspenskayanı “dilənçi” adlandırdığına görə mənəvi ziyana görə onun xeyrinə 90 min rubl (təxm. 551 min rubl) tələb edib.

Moskvanın Taqanski Məhkəməsi müğənni Lyubov Uspenskayanı müsahibəsində “dilənçi” adlandırdığına görə sənətçi Filip Kirkorovdan 90 min rubl mənəvi ziyana görə təzminat tələb edib.

“Kirkorovdan Uspenskayanın xeyrinə 90 min rubl məbləğində mənəvi ziyana görə kompensasiya alınsın” deyə hakim qərar elan edib.

Bundan əlavə, məhkəmə Kirkorova sənətçi Uspenskayaya söylədiyi bu məlumatı təkzib etməyi tapşırıb.

Xatırladaq ki, Muz-TV kanalına müsahibəsində Filip Kirkorov müğənnini “paltar və hədiyyələr üçün dilənən” “dilənçi” adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az