Leninqrad vilayətində kişi 9 yaşlı uşağı tutub kəmərlə amansızcasına döyüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Leninqrad vilayətində kişi velosiped sürən 9 yaşlı uşağı avtomobillə təqib edərək saxlayıb və kəmərlə döyüb.
Məlumata görə, Dubrovo kəndində qonşu velosiped sürən iki məktəblinin səs-küy salmasına əsəbiləşib və onlardan “öz ərazisində” səs salmamağı tələb edib.
Daha sonra avtomobilinə minərək uşaqların arxasınca düşüb.
Uşaqlardan biri qaçaraq xilas ola bilib. Digər uşağı isə kişi qulağından tutaraq saxlayıb və metal toqqalı kəmərlə döyüb.
Uşağın bədənində çoxsaylı xəsarətlər yaranıb. Hadisədən sonra onun təkbaşına evdən çıxmağa qorxduğu bildirilir.
Şübhəli saxlanılıb və barəsində cinayət işi açılıb.
İstintaq eksperimenti zamanı onun uşağa necə hücum etdiyini maneken üzərində göstərməsi planlaşdırılır.

Xuraman Etibarlı
İnterpress.az






