Moskvada kişi abort pulunu ödəməmək üçün özünü ölü kimi göstərib və 3 ay sonra yeni həyat yoldaşı ilə üzə çıxıb.
İnterpress.az xəbər verir ki, Moskvada bir kişi məşuqəsinin abort xərclərini ödəməmək üçün özünü ölmüş kimi göstərib.
Məlumata görə, kişinin telefonundan qadına onun öldüyü barədə mesaj göndərilib və dəfn mərasiminə gəlməməsi xahiş olunub.
Lakin hadisədən üç ay sonra kişi sosial şəbəkədəki “story”lərdən birində qəfil peyda olub.
Məlum olub ki, bu müddət ərzində o, yeni həyat yoldaşı ilə birlikdə olub.
Hazırda həmin qadının da onunla boşanmağa hazırlaşdığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






