KİV: Samirə Efendi “Eurovision 2021″də qalib gələ bilərbackend

KİV: Samirə Efendi “Eurovision 2021″də qalib gələ bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın nüfuzlu “Daily Express” nəşri “Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanmasını istisna etməyib.

Proqnozlar qalibin İtaliya olacağını desə də, Azərbaycanın da birinci yerə çıxması üçün həqiqi imkanlara malikdir. Belə ki, əvvəllər “Yeni ulduz”, “Böyük Səhnə”, “Azərbaycanın Səsi” kimi televiziya şou müsabiqələrində iştirak etmiş müğənni Samirə Efendinin xeyli təcrübə topladığı bildirilir.

“Müğənni 2017-ci ildə “Silk Way Star” möhtəşəm beynəlxalq ifaçılıq televiziya layihəsində Azərbaycanı uğurla təmsil edib. Efendinin xeyrinə olan daha bir məqam “Nur-Sultanın səsi”ndə ölkəsini təmsil edərək bir çox başqa iştirakçıları arxada qoymağı bacarmasıdır”, – yazıda qeyd olunur.

Xatırladaq ki, müğənni Samirə Efendi bu il “Eurovision”da niderlandlı musiqiçilər Emi Van der Vel, Luk van Birs, Toni Kornelisson tərəfindən bəstələnən “Mata Hari” mahnısı ilə iştirak edərək finala vəsiqə qazanıb. Mayın 22-də keçiriləcək final konsertində müğənnimiz 21-ci nömrə ilə çıxış edəcək.

 

 

İnterpress.az