Kiyevdə baqajı pulla dolu avtomobil saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosu (İTB) məlumat yayıb.
Kiyevdə İTB əməkdaşları baqajı külli miqdarda pulla dolu avtomobili saxlayıblar.
Məlumata görə, hüquq-mühafizə orqanları kənd təsərrüfatı sektorunda kölgə əməliyyatlarının həyata keçirildiyi genişmiqyaslı konvertasiya mərkəzini ifşa edib.
Bildirilir ki, həmin mərkəz vasitəsilə maliyyə vəsaitlərinin qeyri-rəsmi dövriyyəsi və digər kölgə maliyyə əməliyyatlarının həyata keçirilməsi təşkil olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






