İtaliyanın paytaxtı Romadakı tarixi Kolizey yaxınlığında qədim Roma dövrünə aid mozaikalar da daxil olmaqla şəxsi iqamətgahın aşkar edildiyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İtaliya Mədəniyyət Nazirliyindən verilən açıqlamaya görə, Palatine təpəsi ilə Roma Forumu arasında yerləşən Kolizey Arxeoloji Parkında Romanın son cümhuriyyət dövrünə aid köhnə iqamətgah aşkar edilib.
Bildirilib ki, tikili eramızdan əvvəl II əsrin ikinci yarısı ilə eramızdan əvvəl I əsrin sonları arasında ən azı üç mərhələdə tikilib.
Sözügedən iqamətgahın atriumu, bağçası və yeməkxanası olduğu halda, səlahiyyətlilər tərəfindən “qeyri-adi” olaraq xarakterizə edilən rustik üslubda bir mozaika da ortaya çıxıb.
Mütəxəssislər qeyd ediblər ki, bu köhnə evin tapılması Roma tarixi üçün böyük əhəmiyyət kəsb edir.
İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano deyib: “Romanın mərkəzində əsl xəzinə tapılıb. Bu, mühüm elmi dəyəri olan bir kəşfdir”.