Küveyt hökuməti İsveçdə 100 min Quran paylayacaqbackend

Küveyt hökuməti İsveçdə 100 min Quran paylayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt hökuməti İsveçdə paylanması üçün 100 min nüsxə Qurani-Kərimin isveç dilində çap edilməsinə qərar verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nazirlər Şurasının həftəlik iclasında İslamın tolerantlıq dini olduğunu İsveç xalqına təsdiq etmək üçün bu ölkədə Qurani-Kərimin paylanması qərara alınıb.

Baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın tapşırığına uyğun olaraq, ölkədəki müvafiq qurum İsveç dilində 100 min Qurani-Kərim çap edəcək.

Küveyt Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə İsveçdə Qurani-Kərimlərin sevgi və tolerantlıq mühitində paylanacağı vurğulanan xəbərə görə, bu əsər İslamın dəyər və prinsipləri ilə bağlı müsbət mesajlar verəcək.

İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Bu mənfur hadisə beynəlxalq aləmdə, xüsusən də Türkiyədə böyük reaksiya ilə qarşılandı.

Küveyt buna cavab olaraq İsveçin Küveytdəki səfiri Liselotte Andersona etiraz notası verib.