“Laçın yolunda NBM-in qurulması Qarabağda situasiyanın tamamilə dəyişməsi kimi qəbul edilə bilər”backend

“Laçın yolunda NBM-in qurulması Qarabağda situasiyanın tamamilə dəyişməsi kimi qəbul edilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Qarabağda situasiyanın tamamilə dəyişməsi kimi qəbul edilə bilər.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, “Laçın dəhlizi” münaqişənin mövcud olduğu dövrdə də, müharibədən sonra da Qarabağdakı ermənilərin “müstəqillik”, “öz müqəddəratını təyin etmə”, “dövlət olmaq” kimi iddialarının nəfəsliyi idi:

– Xankəndindəki separatçıların buna qədər nəzarətə götürülən xarici aləmlə bağlantıları tamamilə kəsildi;
– Erməni əhalisinin bölgədə yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməmək kimi şansı qalmadı;
– Bu, separatçılığın ləğvi və Xankəndində Azərbaycan bayrağının dalğalanmasına gedən yolda həlledici addımdır;
– Bununla Rusiya sülhməramlılarına da prinsip etibarilə ehtiyac qalmayacaq və zamanı çatanda çıxacaqlar;

Bakı 44 günlük müharibədən sonra Qarabağda ən ciddi gedişi etdi.